MEK-ə “Xəyal cığırı” şeirlər toplusu daxil olub
  
1612
AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Xəyal cığırı” adlı yeni nəşr daxil olub. Kitabın müəllifi ədəbiyyatımızda “Miskin Abdal” təxəllüsü ilə tanınmış böyük dövlət xadimi, filosof, diplomat, sərkərdə, sufi şair, Azərbaycan aşıq sənətinin mahir ustadı, müdrik el ağsaqqalı, övliya Seyyid Miskin Abdalın (əsl adı Hüseyn Məhəmmədoğludur) şəcərəsindən olan Tofiq Hüseynzadədir. 
III cilddən ibarət olan kitabda Göyçə mahalından olan Miskin Abdalın “Şadmanlı” oğul nəslinin nümayəndəsi, 1946-2006-cı illərdə yaşamış istedadlı şair, jurnalist, pedaqoq və tədqiqatçı-folklorşünas Tofiq Məhəmməd oğlu Hüseynzadənin böyük və zəngin şeriyyət dünyası, hekayələri, hikmətli kəlamları verilib. Kitabda həmçinin müəllifin ulu babası Hüseyn Məhəmməd oğlunun daşıdığı yüksək ilahi-ruhani təsəvvüf məqam və dərəcələrini simvolizə edən “Miskin” və “Abdal” anlayışlarının ədəbiyyatımızda ilk dəfə əsaslandırılmış elmi izahına həsr etdiyi   “Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri” elmi-tədqiqat əsəri də əks olunub.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82