"Polad Həşimov" adlı məqalə yunan dilinə tərcümə olundu
  
6375

AMEA Mərkəzi Elmi Kitabxanasının Sərbəst Elektron Resurlarla İş şöbəsinin mütəxəssisi Nuray Tanrıverdiyeva vikipediyada işiqlandırılan "Polad Həşimov" adlı məqaləni yunan dilinə tərcümə edib.

Qeyd edək ki, rus, ingilis, alman, ərəb, italyan, türk və daha 12 dildə təqdim olunan məqalə 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı düşmənin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun həyatını, hərbi xidmətini ətraflı şəkildə özündə əks etdirir.

İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82