MEK-də “Teknofest Azərbaycan” festivalı çərçivəsində hədiyyə olunan kitablardan ibarət sərgi keçirilir
  
10478

Cari ilin ötən ayı Bakıda keçirilən və dünyanın bütün ölkələrinin diqqətini Azərbaycana yönləndirən "Teknofest Azərbaycan" festivalında hər il texnologiya sahəsində qazanılmış yeni nailiyyətlər nümayiş etdirilir.

Azərbaycan Milli Elmlər Akademiyası da bu festivalda uğurla təmsil olundu. Akademiyanın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov bu festival çərçivəsində Akademiyaya təqdim olunmuş kitabları Mərkəzi Elmi Kitabxanaya  hədiyyə edib. MEK-də həmin kitablardan ibarət sərgi təşkil olunub. Əsasən türk dilində olan bu kitablar müxtəlif janrlarda, bir sıra elm sahələrini əhatə edir.

Sərgilənən nəşrlər sırasında “XVI Yüzyıl Osmanlı ulema defterleri”, “Hoca Dehhani Divani”, “Hamdi Efendi ve Beyan-i Kaide-i Cedide”, “İbn Sina ve Ferabinin poetikaları”, “Tercüme-i Miracül-Eyale ve Minhacül-Adale”, “Cengiz Han ve Mirası”, “Nusretname”, “Divan-ı Hafi”, “Türkiye Bilim Raporu”, “Marmara Denizin Ekolojisi: Deniz salyası oluşumu etkileşimleri ve çözüm önerileri”, “Molla Lutfi ve Fütühatı”, 2 cilddə “Ferec bad Eş-Şidde”, “Mantığa Başlanğıc Risaleleri.Ankara-2017”, “İsagüci Mantığa Giriş”, “Reflections on the pandemic in the Future of the World”, “Layiha Suretinde Bir Müzekkere”(Keçecizade İzzet Molla) və digərləri yer alır.

70-dən çox nəşrin nümayiş olunduğu sərgi iki həftə müddətində davam edəcək.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)