GERIYƏ

Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında - III cild

Müəllif Fazil Məmmədov
Nəşr olunduğu il 2010
Elm sahəsi İnformasiya-sənəd menecmenti
Nəşriyyat Azərbaycan Milli Kitabxanası
Nəşr yeri Bakı

Fazil Məmmədov. Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında - III cild. Bakı, Azərbaycan Milli Kitabxanası, 2010.

Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi və M.F.Axundov adına Milli Kitabxana birgə layihəsi olan "Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında" çoxcildliyinin 3-cü cildinə Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan bütün məktəblərin, idarə, təşkilat və müəssisələrin nəzdində fəaliyyət göstərən (nəşrin I və II cildlərinə daxil edilmiş kitabxanalar istisna olmaqla) kitabxanalar haqqında məlumatlar daxil edilmişdir. Oxucular bu cilddə əks olunan məlumatlar vasitəsi ilə respublika əhəmiyyətli 8 muzeyin, Bakı şəhərində, habelə Respublikamızın 46 şəhər və rayonunda (o cümlədən qəsəbə və kəndlərdə) fəaliyyət göstərən müxtəlif tipli 133 musiqi məktəbi kitabxanasının və digər kitabxanaların işi ilə yaxından tanış ola biləcəklər. Azərbaycanda ilk dəfə olaraq hazırlanan və nəşr olunan bu məlumat kitabı bütün mədəniyyət işçiləri üçün faydalı olacaq və onlar üçün gərəkli məlumat mənbəyinə çevriləcəkdir.