Heydər Əliyev mədəni irsimizin keşiyində: I kitab
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2001 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Nurol |
Nəşr yeri | Bakı |
. Heydər Əliyev mədəni irsimizin keşiyində: I kitab. Bakı, Nurol, 2001.
Tam qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanın mədəni həyatında misilsiz yeniliklərin ideoloqu, təşəbbüsçüsü, ilhamvericisi, təşkilatçısıdır. Ədəbiyyata, incəsənətə, bütövlükdə mədəniyyətə bağlılıq Heydər Əliyevin fitri istedadından, yaradıcı təbiətindən qaynaqlanır. Uşaqlıqdan mehrini incəsənətə salan, qurub-yaratmaq eşqi ilə ali təhsilini memarlıq fakültəsində davam etdirən Heydər Əliyev allah vergisi, gözəllik duyumu və fəhmi ilə əsl sənəti qiymətləndirməyi bacarır, hər hansı sənət əsərinə ilk növbədə bir sənətkar kimi yanaşır. Bir dövlət başçısı kimi Heydər Əliyev daim sənətkara qayğı göstərir, istedadları tapıb üzə çıxarır, onları dəstəkləyir, yeni yaradıcılıq uğurlarına ruhlandırır.