Nizami irsinə fəlsəfi baxış
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Fəlsəfə və Sosiologiya Institutunun Redaksiya-nəşriyyat şöbəsi |
Nəşr yeri | Bakı |
. Nizami irsinə fəlsəfi baxış. Bakı, Fəlsəfə və Sosiologiya Institutunun Redaksiya-nəşriyyat şöbəsi, 2021.
Poeziyanı sevənlər və onun sirlərinə bələd olanlar dahi Nizaminin yaradıcılığı ilə yaxşı tanışdırlar. Azərbaycan Prezidentinin 2021-ci ili Nizami İli elan etməsi isə böyük şair və mütəfəkkirin mənəvi irsinin bütün spektri üzrə araşdırmaları aktuallaşdırdı. Azərbaycan filosofları Nizamini dahi bir mütəfəkkir bilərək, onun irsinə xüsusi münasibət bəsləyirlər. Belə ki, onun haqqında A.O. Makovelski, Z. Məmmədov, Z. Quluzadə və bir çox başqaları sanballı əsərlər yazmışlar. Elə biz özümüz də yazılarımızın birində Orta əsrlərdə şair və mütəfəkkir olmağın nə demək olduğu barədə suala cavab verməyə çalışarkən Nizaminin həyat və yaradıcılığı üzərində dayanmışdıq.