
MEK-in təşkilati dəstəyi ilə Özbəkistan universitetlərinin sərgisi keçiriləcək
2025-04-30
3 may 2025-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyi, “Ingla School Baku”nun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Özbəkistan universitetlərinin sərgisi keçiriləcək.
Sərgi 10:00-dan 17:00-a qədər MEK-in Sərgi salonunda baş tutacaq. Tədbirdə qardaş Özbəkistandan 15-ə yaxın nüfuzlu ali təhsil müəssisəsini təmsil edən 40-dan çox nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.
Sərgiyə qatılmaq istəyənlər aşağıdakı link vasitəsilə öncədən qeydiyyatdan keçməlidirlər:
https://forms.gle/je7AApir7tbk7Bph6
Qeyd edək ki, tədbirin tərəfdaşları Özbəkistanın Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi, AMEA-nın Mərkəzi Elmi Kitabxanası və crossmedia.az Analitik İnformasiya Portalıdır.