MEK

Hacettepe Universitetinin professoru MEK-də olub

2025-05-19

Türkiyənin Hacettepe Universitetinin İnformasiya və Sənəd İdarəetməsi fakültəsinin professoru, kitabxanaşünas alim Bülent Yılmaz AMEA Mərkəzi Elmi Kitabxanasının qonağı olub, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb.

MEK rəhbəri qonağa kitabxananın fəaliyyəti, fondları və rəqəmsallaşma prosesi haqqında ətraflı məlumat verib. O cümlədən kitabxananın beynəlxalq əlaqələrinə toxunan H.Hüseynov Türkiyənin iri kitabxananları ilə səmərəli tərəfdaşlıqların qurulduğunu diqqətə çatdırıb.

Görüş çərçivəsində Türkiyəli alim MEK-in fondlarında olub, burada mühafizə olunan nadir nəşrlərə baxıb.

Görüş əsnasında qonaq müasir standartlara cavab verən kitabxananın əhəmiyyətini də qeyd edib.

 

 

  • Paylaş: