MEK

MEK-in elmi katibi Gəncədə keçirilən konfransda iştirak edib

2025-05-29

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) elmi katibi Şəbnəm Rüstəmova “Gəncədən başlayan dövlətçilik salnaməsi” mövzusuna həsr olunmuş respublika elmi konfransında iştirak edərək məruzə ilə çıxış edib. Tədbir AMEA-nın Gəncə Bölməsi, Gəncə Şəhər İcra Hakimiyyəti və Diyarşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Ağcabədi və Şabran şəhərlərinin elmi-tədqiqat institutları, ali təhsil müəssisələri və dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Türkiyəni təmsil edən elmlər doktoru, dosent Kenan Kırkpınar da iştirak edib.

Tədbirin plenar iclasında digər məruzəçilərlə yanaşı, Şəbnəm Rüstəmovanın “Səfəvilər dövründə Qərbi Azərbaycanın inzibati ərazi bölgüsü (Osmanlı tapu təhrir dəftəri əsasında)” mövzusunda məruzəsi dinlənilib. Məruzə ətrafında fikir mübadiləsi aparılıb və mövzu iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Çıxışı zamanı Şəbnəm Rüstəmova Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynovun tədbir iştirakçılarına salamlarını və xoş arzularını çatdıraraq, kitabxananın son illərdə elektronlaşma sahəsində əldə etdiyi uğurlar barədə də məlumat verib.

Konfransın sonunda plenar iclasda çıxış edən məruzəçilərə sertifikatlar təqdim olunub.

science.gov.az

 

 

  • Paylaş: