MEK

MEK “Elsevier”in beynəlxalq elektron bazasına abunəliyi həyata keçirir

2025-05-29

Dünyanın aparıcı elmi nəşriyyat və informasiya təchizatçılarından “Elsevier”in Türkiyə və Orta Asiya üzrə satış meneceri Ayhan Saraçoğlu ilə onlayn görüş keçirilib.

Görüşdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, direktor müavinləri və aidiyyatı şöbələrin rəhbərləri iştirak ediblər.

A.Saraçoğlu öncə elektron platforma haqqında qısa məlumat verərək “Elsevier eBooks”a abunəlik üçün MEK-ə xüsusi olaraq hazırlanan “All Access eBooks” paketinin üstünlüklərindən və şərtlərindən danışıb. Bildirilib ki, MEK-in istifadəçiləri kitabxana binası daxilində ensiklopediyalar, monoqraflar, dərsliklər və istinad mənbələrini əhatə edən 46.000-dən çox elektron kitaba eyni vaxtda və limitsiz istifadəçi sayı ilə, PDF və HTML formatında daxil ola biləcəklər.

H.Hüseynov ötən ayda sözügedən nəşriyyat evinin təchizatçılarından biri olan “Informascope” şirkətinin Türkiyədə elektron bazalar üzrə satış müdiri Ümid Yonterlə görüşün nəticəsi olaraq hazırlanan bu təklifə görə qarşı tərəfə təşəkkürünü bildirib. MEK rəhbəri, təqdim olunan elektron nəşrlərdən oxucuların səmərəli istifadə edəcəyinə əminliyini bildirib.

 

 

  • Paylaş: