
MEK-də Mirələm Lətifoğlunun "Seçilmiş əsərləri"nin təqdimatı keçirilib
2025-06-30
Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında görkəmli ədib Mirələm Lətifoğlunun "Seçilmiş əsərləri" kitabının təqdimat mərasimi keçirilib. Nəşrdə 1957–2011-ci illər arasında qələmə alınmış şeirlər, rübailər, sonetlər, ingilis dilindən edilmiş tərcümələr və müəllifin elmi məqalələri yer alıb.
Tədbirdən öncə iştirakçılar MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar. İştirakçılar sırasında Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov da olub.