MEK-də may ayı üçün “Açıq qapı” günləri keçirilib

foto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) may ayı üçün “Açıq qapı” günləri keçirilib.

MEK-lə tanış olan bir qrup tələbə və gənclər öncə Sərgi salonundakı nəşrlərə nəzər salıblar. Burada ilboyu davam edən “100 yaşlı kitabxana”, “AMEA - 80” adlı, eləcə də “Konstitusiya və Suverenlik İli” adlı sərgilər haqqında məlumatlandırılıblar. Bundan əlavə, kitabxananın Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi, Qarabağ müharibəsi qəhrəmanları və Nadir kitablar fondları, Oxu zalları ilə tanış olublar.

Kitabsevərlər Akademiklər kitabxanası və xarici ölkələrin diplomatik nümayəndələri tərəfindən MEK-ə təqdim olunmuş nəşrlər əsasında yaradılan Diplomatik fondda da olublar.

Xatırladaq ki, gənclərdə elmə marağın artırılması baxımından xüsusi əhəmiyyət daşıyan “Açıq qapı” günləri kitabxanada mütəmadi olaraq keçirilir və həmin günlərində MEK-ə giriş sərbəstdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın