MEK- də Mülki Müdafiənin rəhbər heyəti ilə məşq keçirilib

foto

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) rəhbər heyəti “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM qüvvələrinin idarə olunması” mövzusunda keçirilən təlim-məşqə qatılıb.

Tədbirin məqsədi MEK-in Mülki Müdafiə üzrə Tədbirlər Planının səmərəliliyini yoxlamaq, fövqəladə hallarda çevik reaksiya bacarığını artırmaq və əməkdaşlarda mənəvi-psixoloji hazırlığı gücləndirmək olub.

Öncə kitabxananın Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tar.ü.f.d. Oruc Quliyev bu cür tədbirlərin əhəmiyyətinə toxunaraq baş verə biləcək təbii, texnogen xarakterli fövqəladə hadisələr zamanı təhlükəsizlik qaydalarına riayət etməyin, birgə fəaliyyətlərin vacibliyini diqqətə çatdırıb. 

Daha sonra MEK-in Mülki müdafiə qərargahının rəisi Gülağa Cahangirov iştirakçılara təhlükəsizlik qaydaları, təxliyə planı və müdafiə vasitələrinin istifadəsi ilə bağlı məlumat verib. Simulyasiya zamanı fövqəladə hallarda əməkdaşların davranış qaydaları nümayiş etdirilib.

Təlimin sonunda nəticələr təhlil olunub, müvafiq tövsiyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın